“Kürdəmir Buzxana”nın rəhbərliyi yenidən formalaşdırılacaq

“Kürdəmir Buzxana”nın rəhbərliyi yenidən formalaşdırılacaq ASC-nin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
10 Yanvar , 2017 10:13
“Kürdəmir Buzxana”nın rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Fevralın 28-də, saat 11:00-da “Kürdəmir Buzxana” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, yığıncaq Kürdəmir rayonunun Sorsor kəndindəki ofis binasında baş tutacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ili üzrə maliyyə hesabatının təsdiqi, idarəetmə orqanlarına seçkilər və digər təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Kürdəmir Buzxana” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 684 414 manatdır. 

Son xəbərlər

Orphus sistemi