​Kuba siqar satışından 200 milyon qazanacaq

​Kuba siqar satışından 200 milyon qazanacaq ABŞ-a keçən il 317 milyon ən yüksək keyfiyyətli siqar idxal olunub
Biznes
22 Dekabr , 2014 02:33
​Kuba siqar satışından 200 milyon qazanacaq

Bakı. 22 dekabr.REPORT.AZ/ ABŞ-ın Kubaya qarşı embarqosunun götürülməyi ilə Kuba ABŞ-a siqar satışından ildə 200 milyon dollar qazanmalıdır.

"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, tezliklə tətbiq olunacaq yeni qaydalara görə, ABŞ öz vətəndşalarına Kubaya səyahət etməyi də asanlaşdırcaq və amerikalılar geri qayıdanda özləri ilə 100 dollara qədər tütün məhsulu və spirtli içkilər alıb, gətirə bilər.

ABŞ-a keçən il 317 milyon ən yüksək keyfiyyətli siqar idxal olunub.

Kuba siqarları bu bazarda Dominikan Respublikası və Nikaraqua siqarlarının kəskin rəqabəti ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi