Koreya İdxalçılar Assosiasiyası Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir

Koreya İdxalçılar Assosiasiyası Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir Əməkdaşlıqda və məhsul ixracında maraqlı olan sahibkarlar "Azpromo"ya müraciət edə bilərlər
Biznes
10 Fevral , 2017 20:56
Koreya İdxalçılar Assosiasiyası Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir

Bakı. 10 fevral. REPORT.AZ/ Koreya İdxalçılar Assosiasiyası Azərbaycanın biznes dairələri ilə münasibət qurmaq niyyətindədir.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Assosiasiya azərbaycanlı iş adamları ilə əməkdaşlıqda və Azərbaycan məhsullarının əlverişli şərtlərlə Koreya bazarına ixrac olunmasında maraqlıdır.

Əməkdaşlıqda və məhsul ixracında maraqlı olan sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi