Yuxarı

Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib

Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib

Mayın 22-23-də Daşkənddə (Özbəkistan) BМТ-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində 6-cı illik regionlararası görüş keçirilib. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. 

Tədbirə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız, Pakistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan gömrük orqanlarının nümayəndə heyətləri, eləcə də BМТ-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ), Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və digər beynəlxalq tərəfdaşların nümayəndələri qatılıb.

Görüşdə DGK-nın sədr müavini Cavad Qasımovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Mayın 22-də tədbirin açılış mərasimində Özbəkistan hökumətinin, eləcə də BMT NCİ və ÜGT-nin nümayəndələri çıxış ediblər.

Sonra BMT NCİ və ÜGT nümayəndələrinin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın icmalına dair məruzələri dinlənilib.

Daha sonra "Yüksək riskli yüklərin aşkar edilməsi üzrə Mərkəzi Asiya, Qara Dəniz regionu ölkələri, həmçinin Əfqanıstan və Pakistan gömrük xidmətləri arasında beynəlxalq praktiki əməkdaşlıq" mövzusunda 1-ci sessiya başlayıb. Sessiyada nümayəndə heyətlərinin rəhbərləri və donor ölkələrin nümayəndələri çıxış ediblər.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın ölkə üçün mahiyyətindən və töhfələrindən danışıb.

"Gömrük qurumları və dəniz limanlarında nəzarət məntəqələrinin regionlararası şəbəkəsinin praktiki reallaşdırılması" adlı 2-ci sessiyada isə nümayəndə heyətlərinin "Konteyner daşımalarına nəzarət sahəsində həyata keçirilən beynəlxalq praktiki əməkdaşlıq üzrə milli səylər" mövzusunda məruzələri dinlənilib.

Mayın 23-də isə "Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində prioritet məsələlər və ehtiyaclar" mövzusunda 3-cü sessiya keçirilib. Sessiyada nümayəndə heyətlərinin çıxışları dinlənilib və mövzu ətrafında üzv ölkələr, BMT NCİ, ÜGT və donor ölkələrin təmsilçiləri müzakirə aparıblar.

Müzakirənin ardınca yekun nəticələr barədə məlumat verilib və tədbir başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi