DGK sədri Goranboyda vətəndaşları qəbul edəcək

DGK sədri Goranboyda vətəndaşları qəbul edəcək Qəbulda Goranboy, Naftalan, Bərdə, Tərtər rayonlarının sakinləri iştirak edə bilər
Biznes
20 Avqust , 2016 14:05
DGK sədri Goranboyda vətəndaşları qəbul edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyeva avqustun 26-da saat 10:30-da Goranboy şəhərindəki Heydər Əliyev prospekti,5 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı bölgədə yerləşən Goranboy, Naftalan, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 25-i saat 10:30-dək 195 nömrəli  Çağrı Mərkəzi, DGK-nin Gəncə İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi