Komissar: Avropa Komissiyası rüsumlarla bağlı ABŞ-a cavab tədbirləri siyahısı hazırlayır

Komissar: Avropa Komissiyası rüsumlarla bağlı ABŞ-a cavab tədbirləri siyahısı hazırlayır Bakı. 30 avqust. REPORT.AZ/ Avropa Komissiyası ABŞ-ın rüsumları artıracağı ilə bağlı bəyanatına cavab olaraq tədbirlər siyahısını hazırlayır.
Biznes
30 Avqust , 2018 14:34
Komissar: Avropa Komissiyası rüsumlarla bağlı ABŞ-a cavab tədbirləri siyahısı hazırlayır
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Avropa Komissiyası ABŞ-ın rüsumları artıracağı ilə bağlı bəyanatına cavab olaraq tədbirlər siyahısını hazırlayır.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ticarət üzrə Avropa komissarı Sesiliya Malmstrem deyib.

"Biz hələ də ABŞ-ın Avropadan idxal olunan maşınlara və ehtiyat hissələrə rüsumları artırmasının mümkünlüyünə qarşı əks-addımların siyahısını hazırlayırıq", - deyə S.Malmstrem deyib.

Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropadan alınan maşınların və ehtiyat hissələrin idxal rüsumlarını artıracaq.

Son xəbərlər

Orphus sistemi