KOBIA “Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirib

KOBIA “Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirib İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirib.
Biznes
31 May , 2019 19:40
KOBIA “Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün "Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirib. 

"Report" bu barədə Agentliyə istinadən xəbər verir. 

Məlumata görə, təlim Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının ixtisaslaşmış təlimçilərinin iştirakı ilə baş tutub. Təlim iştirakçıları risk və onun mahiyyəti, maliyyə risklərinin idarə edilməsi, sığorta, riskdən yayınma, risk səviyyəsinin azaldılması üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi