KOBİA : Sahibkarların maliyyə resurslarına çıxışında problemlər qalır

KOBİA : Sahibkarların maliyyə resurslarına çıxışında problemlər qalır “Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxışında problemlər hələ də qalır”.
Biznes
13 Noyabr , 2019 16:16
KOBİA : Sahibkarların maliyyə resurslarına çıxışında problemlər qalır

“Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxışında problemlər hələ də qalır”.

Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. 

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum həmin problemləri aradan qaldırmağa, iş adamlarının kreditlərə çıxışını asanlaşdırmağa çalışır: "Sabah Bakı Biznes Mərkəzində maliyyə bazarlarına çıxış imkanları ilə bağlı tədbir keçiriləcək. Bu tədbirin də məqsəd maliyyə bazarlarına çıxış imkanları ilə bağlı prosesi daha çevik etməkdir”.

Xatırladaq ki, KOBİA ölkə Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə isə onun Nizamnaməsi və strukturu təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi