KOBİA-da Strateji Yol Xəritələri ilə bağlı iclaslar keçirilib

KOBİA-da Strateji Yol Xəritələri ilə bağlı iclaslar keçirilib Bakı. 19 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”, “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” və “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Agentliyin əsas icraçı olduğu tapşırıqlar üzrə yaradılmış işçi qruplarının növbəti iclasları keçirilib.
Biznes
19 Fevral , 2019 17:22
KOBİA-da Strateji Yol Xəritələri ilə bağlı iclaslar keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”, “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” və “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Agentliyin əsas icraçı olduğu tapşırıqlar üzrə yaradılmış işçi qruplarının növbəti iclasları keçirilib.

Bu barədə “Report”a KOBİA-dan məlumat verilib.

Məlumatlara görə, fevralın 11-19-u tarixində təşkil olunmuş iclaslarda İqtisadiyyat Nazirliyinin, KOBİA-nın və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İclaslarda biznes inkubatorların inkişafı, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının artırılması, biznes assosiasiyalarının gücləndirilməsi, sahibkar düşüncə tərzinin və KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişafı, KOS-ların təlim-tədris ehtiyaclarının müyyənləşdirilməsi, eləcə də kənd yerlərində xidmət sahələrinin inkişafı, texnologiyaların tədrisinin genişləndirilməsi üçün araşdırmaların aparılması və müvafiq təkliflərin hazırlanması istiqamətlərində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub. 

Son xəbərlər

Orphus sistemi