Kiyevdə GUAM biznes forumu keçirilib

Kiyevdə GUAM biznes forumu keçirilib İsmət Abasov: "Dünya bazarında qeyri-sabit vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadi sabitliyi qoruyub"
Biznes
27 Mart , 2017 17:55
Kiyevdə GUAM biznes forumu keçirilib
Report.az

Kiyev. 27 mart. REPORT.AZ/ Kiyevdə GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclası çərçivəsində "GUAM - azad ticarət və tranzit ərazisi" biznes forumu keçirilib.

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, tədbir təşkilata üzv ölkələrin hökumət başçılarının iştirakı ilə Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının böyük zalında keçirilib.

Çıxışı zamanı Ukrayna Baş naziri Vladimir Qroysman bildirib ki, GUAM Azad Ticarət Zonası yaradılması barədə sazişə tərəflərin hərəkətlərinin koordinasiyası işçi orqanının yaradılması üzrə əlavə protokolun və GUAM-a üzv ölkələrin dövlət sərhədindən keçən malların və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması haqqında protokolun imzalanması GUAM ölkələri arasında gömrük sistemini sadələşdirəcək və ticari-iqtisadi münasibətlərə yeni təkan verəcək.

Gürcüstan Baş naziri Giorgi Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan və Azərbaycanın sərfəli coğrafi mövqeyi, onların nəqliyyat strukturlarının inkişafı qonşu ölkələri GUAM ilə əməkdaşlıq etməyə həvəsləndirir: "Biz Gürcüstanın nəqliyyat dəhlizlərini inkişaf etdiririk və onlardan GUAM daxilində, eləcə də təşkilatla digər ölkələr arasında ticarətin inkişafında istifadə edəcəyik."

"Dünya bazarında qeyri-sabit vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadi sabitliyi qoruyub və nüfuzlu beynəlxalq iqtisadi təşkilatlardan yüksək qiymət alıb. Azərbaycan həmçinin nəqliyyat sistemini imkişaf etdirir. Yeni dəmir yolları, limanlar inşa edilir. Ölkəmiz müxtəlif istiqamətlərdə mühüm nəqliyyat dəhlizidir və biz GUAM ölkələrinə ticarət əlaqələrinin inkişafında yardım göstərməyə şadıq", - Azərbaycan baş nazirinin müavini İsmət Abasov bildirib.

GUAM-ın baş katibi Altay Əfəndiyev tərəflərə biznes forumun nəticələrindən səmərəli istifadə etməyi və ölkələr və forum iştirakçıları arasında məhsuldar əməkdaşlığın olmasını arzulayıb.

Forumda həmçinin Ukraynanın xalq deputatları, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, "Azərbaycan Dəmir Yolları" QSC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Ticarət Limanı" QSC-nin və digərlərinin nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi