Kiçik və orta sahibkarlar üçün elektron ticarət mövzusunda seminar keçirilib

Kiçik və orta sahibkarlar üçün elektron ticarət mövzusunda seminar keçirilib Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə “Kiçik və orta sahibkarlar üçün sərhədlərarası e-ticarət” mövzusunda seminar keçirilib. Seminarda 40-a yaxın iş adamı iştirak edib.
Biznes
8 Noyabr , 2017 19:39
Kiçik və orta sahibkarlar üçün elektron ticarət mövzusunda seminar keçirilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə “Kiçik və orta sahibkarlar üçün sərhədlərarası e-ticarət” mövzusunda seminar keçirilib. Seminarda 40-a yaxın iş adamı iştirak edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

"Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində təşkil olunmuş seminarda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa göstərilən dəstək tədbirləri barədə məlumat verib, e-ticarətin önəmini vurğulayaraq sahibkarları elektron bazardan faydalanmağa dəvət edib.

Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Yelena Butrimova və mərkəzin eksperti Mohammad Es Fih yerli məhsulların xarici bazarlara çıxarılması üçün beynəlxalq e-ticarət platformaları və onlardan istifadə qaydaları barədə danışıblar.

2017-ci ildə AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması, yerli sahibkarlarla Avropa İttifaqı ölkələrinin iş adamları arasında əlaqələrin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi