"​Kia Motors" yeni endirim elan edib

"​Kia Motors" yeni endirim elan edib Endirim kampaniyası 2014-cü il istehsalı olan avtomobil modellərinə aiddir
Biznes
16 İyun , 2015 09:04
​Kia Motors yeni endirim elan edib

Bakı. 16 iyun. REPORT.AZ/ İyun ayından etibarən "Kia Motors Azerbaijan" şirkəti "Kia" avtomobillərinin 2014-cü il istehsalı olan müxtəlif modellərinə endirim elan edib.

Şirkətdən “Report”a verilən məlumata görə, bundan öncə 4 500 manata qədər olan endirimin məbləği modeldən asılı olaraq 6 000 manata qədər artırılıb.

Endirimdə olan modellərin müxtəlif versiyalarının endirimli qiymətləri bunlardır: “Picanto”- 12 500, 13 500 manat, “Rio” - 11 900, 15 900, 17 900 manat, “Cerato” - 17 600, 21 600 manat, “Optima”- 21 500, 26 500, 29 000 manat, “Cadenza” - 42 000 manat, “Soul” - 19 500, 21 500 manat, “Sportage” - 22 000, 25 500, 28 000 manat, “Sorento”- 34 400, 38 800, 45 600 manat, “Carens”- 22 700, 23 700, 24 700 manat.

Son xəbərlər

Orphus sistemi