KİA yenilənmiş "KİA Picanto" modelini yeni qiymətlə təqdim edir

KİA yenilənmiş "KİA Picanto" modelini yeni qiymətlə təqdim edir Yenilənmiş modelin 2015-ci il istehsalı sifariş olarsa, ölkəyə gətiriləcək
Biznes
6 Mart , 2015 20:41
KİA yenilənmiş KİA Picanto modelini yeni qiymətlə təqdim edir

Bakı. 6 mart. REPORT.AZ/ "Kia Motors" Cenevrədə yenilənmiş “Kia Picanto”nu təqdim edir. KİA-nın A seqmentinə məxsus şəhər heçbeki bir sıra dinamik və vizual dəyişikliklərlə xarakterizə olunur.

"KİA Motors Azərbaycan"ın PR Meneceri Həmidə Əhmədovanın verdiyi məlumata əsasən, yenilənmiş "Picanto"nun ön və arxa bamperlərinə dizayn dəyişiklikləri edilib. Bundan başqa, KİA-nın tanıdıcı “pələng-burnu” adlı radiator barmaqlığında da yenilik edilib. Eksteryer həm üç, həm də beşqapılı versiyalarda opsiya kimi təklif olunan idmansayağı qablaşdırma və 14 düymlük yüngül xəlitəli disklə əvəz olunub. Salonda isə sürücü tərəfdəki göstərici oyuqlar və cihazlar panelinin ventilyasiya dəlikləri yeni xrom örtüklə bəzədilib. Eyni zamanda, interyerdə də parça və üzlük yenilənib, bunlardan başqa daxili hissələrdə də yeniliklər edilib.

Yeli avtodilerlərdə sözügedən avtomobilin 2014-cü il istehsalının qiyməti 12 500 və 13 500 manat arasında dəyişir. Yenilənmiş 2015-ci il modeli sifariş olunarsa, ölkəyə gətiriləcək və modelin yenilənmiş versiyası olduğu üçün qiymət ötənilki modeldən fərqli olacaq. Belə ki, qiymətlər 15 900 və 17 200 manat arasında dəyişəcək.

Son xəbərlər

Orphus sistemi