"Ketchum" Şərqi Avropada fəaliyyətini genişləndirir

"Ketchum" Şərqi Avropada fəaliyyətini genişləndirir Qlobal kommunikasiya şəbəkəsi Azərbaycanın “RED Communications” agentliyi ilə saziş imzalayıb
Biznes
21 Yanvar , 2016 14:47
Ketchum Şərqi Avropada fəaliyyətini genişləndirir

Bakı. 21 yanvar. REPORT.AZ/ “Ketchum” qlobal kommunikasiya şəbəkəsi ilə Azərbaycanın aparıcı kommunikasiya agentliklərindən sayılan “RED Communications” şirkəti arasında eksklüziv tərəfdaşlıq sazişi imzalanıb. “Report”un “RED Communications”a istinadən verdiyi xəbərə görə, qüvvəyə minən saziş şirkətin “Ketchum”un Moskva ofisi - “Ketchum Maslov” şirkəti ilə üç ildən çox davam edən əməkdaşlığa əsaslanıb.

“Ketchum”un Avropadakı baş partnyoru və icraçı direktoru Devid Qallaher bildirib ki, son 10 ildə şirkətin Orta və Şərqi Avropada əldə edilən təcrübəsini əhəmiyyətli potensiala malik olan bazarda təkmilləşdirməyə davam edəcək: “Yeni sazişin imzalanması “Ketchum”un Şərqi Avropada mövqeyinin möhkəmlənməsinə təkan verəcək. Hazırda “Ketchum”un Avropa, Yaxın Şərq və Afrika regionunda 17 ofisi və tərəfdaş agentliyi mövcuddur. Tərəfdaşlarımız yüksək peşəkarlığa, təcrübəyə və çoxsaylı müştərilərə malikdir".

“RED Communications”ın icraçı partnyoru Tatyana Mikayilova qeyd edib ki, “Ketchum” şəbəkəsi ilə rəsmi sazişin imzalanması əlaqələri möhkəmləndirəcək: “Bu, bizim və Azərbaycanın PR-xidmətləri bazarı üçün olduqca vacib bir hadisədir".

Qeyd edək ki, “RED Communications” agentliyi 2009-cu ildə Bakıda təsis olunub. Agentlik strateji PR, BTL və rəqəmsal kommunikasiyalar xidmətləri göstərir. Agentliyin əsas fəaliyyət istiqamətləri şirkət reputasiyasının idarə olunması, media ilə əlaqələr, rəqəmsal və böhran kommunikasıyalarıdır.

Məlumat üçün bildirək ki, DAS Şirkətlər Qrupuna daxil olan “Ketchum” – qabaqcıl kommunikasiya şəbəkəsidir və hazırda 6 qitədə 70-dən çox ölkədə fəaliyyət göstərir. “Ketchum” müştərilərinə strateji yanaşmanı qurmağa, brend və reputasiya formalaşdıran kreativ və ölçülə bilən nəticələrin yaradılmasına yardım edir.

Son xəbərlər

Orphus sistemi