"Kaznex İnvest JSC" rəhbəri: "Azərbaycan Qazaxıstana sərmayə qoyuluşunda fəal deyil"

"Kaznex İnvest JSC" rəhbəri: "Azərbaycan Qazaxıstana sərmayə qoyuluşunda fəal deyil" Azərbaycan və Qazaxıstan əmtəə dövriyyəsində artan göstəricilərə malikdir
Biznes
4 Dekabr , 2014 12:17
Kaznex İnvest JSC rəhbəri: Azərbaycan Qazaxıstana sərmayə qoyuluşunda fəal deyil

Astana. 4 dekabr. REPORT.AZ/ "Qazaxıstan kimi Azərbaycan da investisiyaların cəlb olunması istiqamətində yaxşı işləyir". Bu barədə "Report"  "Kaznex İnvest JSC"-nin Rəyasət heyətinin sədr müavini Kayrat Karmanov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan əmtəə dövriyyəsində artan göstəricilərə malikdir. Lakin K.Karmanov əlavə edib ki, Qazaxıstan Azərbaycanı yalnız tərəfdaş deyil, həm də rəqib hesab edir: "Azərbaycan Qazaxıstana sərmayə qoyuluşunda bir o qədər də fəal deyil, çünki biz bu ölkə ilə rəqabət aparırıq. Qazaxıstan kimi Azərbaycan da investisiyaların cəlb olunması istiqamətində yaxşı işləyir. Biz Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AzPromo) olan dostlarımızla əməkdaşlıq edirik. Biz əməkdaşlıq haqqında memorandum imzalamışıq, buna görə də qardaş kimiyik, lakin buna baxmayaraq, sərmayəçilərin cəlb olunmasında bir-birimizlə rəqabət aparırıq".

K.Karmanov həmçinin Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması Qazaxıstanın investisiya mühitinə hansı təsirlərin göstərəcəyi haqqında danışıb. Onun sözlərinə görə, bu Birlik ölkə üçün yeni imkanlar açır: "Bizim üçün bu ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasından əvvəl, son məşqdir. Bundan başqa, Qazaxıstana Rusiya və Belarusdan əlavə işçi resurslarını cəlb etməyə imkan yaradacaq, çünki bizim əhalimiz olduqca azdır".  

Son xəbərlər

Orphus sistemi