Rusiyanın avtomobil istehsalçısı qoruyucu maska istehsalına başladı

Rusiyanın avtomobil istehsalçısı qoruyucu maska istehsalına başladı Rusiyanın yük və minik avtomobilləri istehsalçısı “KamAZ” ASC qoruyucu kostyum və maskaların istehsalına başlayıb.
Biznes
1 Aprel , 2020 21:22
Rusiyanın avtomobil istehsalçısı qoruyucu maska istehsalına başladı

Rusiyanın yük və minik avtomobilləri istehsalçısı “KamAZ” ASC qoruyucu kostyum və maskaların istehsalına başlayıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tibbi ləvazimatlar koronavirusla mübarizə çərçivəsində Tatarıstanın Yar Çallı şəhərinin həkimlərinə pulsuz paylanılacaq.

Rusiya şirkəti gündəlik 550 kostyum istehsal etməyi planlaşdırır. Aprelin 9-na qədər 5 000 qoruyucu kostyum artıq hazır olmalıdır.

Xatırladaq ki, Rusiyada koronavirus qurbanlarının sayı 24 nəfərdir. Ölkədə 2 777 nəfərdə koronavirus qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi