JTI şirkəti Amerika Ticarət Palatasının "Qızıl mükafat"ına layiq görülüb

JTI şirkəti Amerika Ticarət Palatasının "Qızıl mükafat"ına layiq görülüb “Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycanda həyata keçirdiyi dörd layihəsi müxtəlif nominasiyalarda qalib gəlib
Biznes
29 Oktyabr , 2015 12:17
JTI şirkəti Amerika Ticarət Palatasının Qızıl mükafatına layiq görülüb

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Japan Tobacco International” (JTI) şirkəti Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində təqdim edilən “KSM-də Fərqlənmə” (CSR Excellence) mükafatlarına layiq görülüb.

Şirkətdən “Report”a verilən məlumata görə, JTI-ın Azərbaycanda həyata keçirdiyi dörd layihəsi müxtəlif nominasiyalarda qalib gəlib. Qeyd edilən müsabiqə "AmCham" tərəfindən Azərbaycanda fəaliyyət göstərən üzv şirkətlər arasında hər il keçirilir.

JTI-ın dəstəyi ilə Lerik rayonunun Cangəmiran kəndində əhalinin içməli su ilə təchiz olunması layihəsi Palatanın “Qızıl mükafat”ı ilə təltif edilib. Layihənin icrası nəticəsində kənddə yaşayan 2 minə yaxın insan təmiz və təhlükəsiz içməli su ilə təmin edilib. Bundan başqa, Azərbaycan muğamının dünyada tanıdılması istiqamətində Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq, Azərbaycan Xalça Muzeyi ilə birlikdə ölkədə ilk dəfə “Azərbaycan xalçası” ensiklopediyasının nəşr edilməsi və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi ilə tənha qocaların və əlilliyi olan insanların ərzaq yardımı ilə təmin edilməsi layihələri də müxtəlif nominasiyalarda “Gümüş mükafat”a layiq görülüb.

Xatırladaq ki, JTI-ın dəstəyi ilə Kürdəmir rayonunun Qarasaqqal kəndində əhalinin içməli su ilə təmin edilməsi layihəsi də ötən il Amerika Ticarət Palatasının “Gümüş mükafat”ına layiq görülüb. Sözügedən layihə 2014-cü ildə JTI-da ən yaxşı KSM layihəsi seçilib.

Qeyd edək ki, JTI “JapanTobacco” Tütün Şirkətləri Qrupunun üzvü olmaqla aparıcı beynəlxalq tütün məhsulları istehsalçısıdır. Mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən JTI 120-dən artıq ölkədə fəaliyyət göstərir və şirkətdə 27 min nəfər çalışır. Şirkət Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi