Yuxarı

JTI Azərbaycandan yeganə "Ən yaxşı işəgötürən şirkət" seçilib

Şirkət işçilər üçün yaratdığı şəraitə görə mükafatlandırılıb

Bakı. 10 mart. REPORT.AZ/ "JTI Azerbaijan" şirkəti Ən Yaxşı İşəgötürənlər İnstitutu tərəfindən yenidən təltif edilib. "JTI Azerbaijan" bu il də işçilər üçün yaratdığı şəraitə görə ardıcıl üçüncü il “Ən yaxşı işəgötürən şirkət” mükafatını qazanıb. 

Şirkətdən "Report"a verilən məlumata gör, Ən Yaxşı İşəgötürənlər İnstitutu tərəfindən aparılan illik beynəlxalq araşdırmalar nəticəsində bütün dünyada aparıcı işəgötürənlər müəyyən edilir. Bu, işçilər üçün mükəmməl şərait yaradan, bütün səviyyələrdə istedadlı işçiləri yetişdirən və inkişaf etdirən, işəgötürmə üsullarını davamlı şəkildə optimallaşdıran şirkətlərdir. Araşdırma nəticəsində "JTI Azerbaijan" "Ən yaxşı işəgötürən şirkət - Azərbaycan 2016” mükafatına layiq görülüb və Azərbaycandan bu mükafatı qazanan yeganə şirkət olub.

Ən Yaxşı İşəgötürənlər İnstitutu Azərbaycanda JTI şirkətini istedadlar strategiyası, işçi qüvvəsinin planlaşdırılması, yeni işçilərin adaptasiyası, öyrənmə və inkişaf, fəaliyyətin idarə olunması, liderliyin idarə olunması, karyera və ardıcıllığın idarə edilməsi, kompensasiya və müavinətlər, korporativ mədəniyyət meyarları üzrə qiymətləndirib.

Ən Yaxşı İşəgötürənlər İnstitutu və "Ən yaxşı işəgötürən" mükafatı haqqında əlavə məlumat almaq üçün www.top-employers.com veb-saytına müraciət etmək olar.

Qeyd edək ki, JTI "Japan Tobacco" Şirkətlər Qrupunun üzvü və "Fortune’s Global 500" (“Fortune” jurnalının ən gəlirli 500 şirkət) siyahısına daxil olan aparıcı beynəlxalq tütün şirkətidir. Şirkətdə 100-dən çox milləti təmsil edən 26 000 nəfər çalışır. JTI dünyanın 120-dən çox ölkəsində öz məşhur brendlərinin satışını həyata keçirir. "JTI Caucasus" MMC-nin Azərbaycandakı nümayəndəliyi 2013-cü ildə Bakı şəhərində təsis edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi