​Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 40% artıb

​Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 40% artıb Ötən il Fələstindən Azərbaycana 36 min dollarlıq mal idxal olunub
Biznes
3 Fevral , 2015 12:30
​Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 40% artıb

Bakı. 03 yanvar. REPORT.AZ/ Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 2014-cü il ərzində 40,1% artaraq 1,791 mlrd. ABŞ dollarına çatıb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il ərzində Azərbaycandan İsrailə illik müqayisədə 40,2% çox - 1,767 mlrd. dollar həcmində mal ixrac olunub. Bu, ölkə üzrə məcmu ixracın 8,09%-nə bərabərdir.

Hesabat ilində İsraildən həyata keçirilən idxal əməliyyatlarının həcmində də artım müşahidə olunub. Belə ki, İsraildən idxal 23,959 mln. dollara çataraq 2013-cü ilə nisbətən 36,2% artıb. Bununla da İsraildən idxal ölkə üzrə məcmu idxalın 0,26%-ni təşkil edib.

Nəticədə, iki ölkə arasında ticarət dövriyyəsinin müsbət saldosu 40,2% artaraq 1,743 mlrd. dollar olub.

Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən, işğal olunmuş Fələstin ərazilərindən Azərbaycana ötən il ərzində 35,91 min dollar həcmində mal idxalı həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi