Yuxarı
    Bağlamaq

    ​İqtisadiyyat və sənaye naziri Hacıqabulda vətəndaşları qəbul edib

    Qəbulda Şirvan, Hacıqabul, Sabirabad və digər rayonlardan 40-a yaxın vətəndaş iştirak edib

    Bakı. 20 dekabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Hacıqabul rayonunda vətəndaşlarla görüşüb. "Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir Şirvan, Hacıqabul, Sabirabad və digər rayonlardan olan 40-a yaxın vətəndaşı qəbul edib.

    Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Ş.Mustafayev qəbula gəlmiş vətəndaşların müraciətlərini dinləyib, bir sıra müraciәtlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara izahat verilib, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

    Nazir qəbula gəlmiş sahibkarların heyvandarlıq, əkinçilik, bağçılıq, çörək istehsalı, turizm, tikinti materiallarının istehsalı, tikişçilik, mebel istehsalı və s. sahələr üzrə təkliflərini də dinləyib, onlarla müzakirələr aparılıb, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

    Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi