"Influencer" platforması - “Keepface” fəaliyyətini genişləndirməyi planlaşdırır

"Influencer" platforması - “Keepface” fəaliyyətini genişləndirməyi planlaşdırır Şirkət gələcək fəaliyyəti üçün Şimali Afrikanı da nəzərdən keçirir
Biznes
30 Sentyabr , 2017 14:36
Influencer platforması - “Keepface” fəaliyyətini genişləndirməyi planlaşdırır

Bakı. 30 sentyabr. REPORT.AZ/ Orta Asiya və Qafqaz regionunu əhatə edən ilk və yeganə “Influencer” platforması - “Keepface” öz fəaliyyətini genişləndirməyi planlaşdırır. Şirkət yaxın gələcəkdə daha 4 ölkədə - Özbəkistan, Qırğızıstan, Monqolustan və Əfqanıstanda fəaliyyət göstərmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu şirkətin Bakıda keçirilən "Influencer day" tədbirində bu platformanın həmtəsisçisi Vaqif Abbasov bildirib.

Onun sözlərinə görə, DMCC-də (Dubai MultiCommodities Center) qeydiyyatdan keçən şirkət həmçinin Şimali Afrikanı da gələcək fəaliyyəti üçün nəzərdən keçirir. 

Qeyd edək ki, "Keepface" hazırda öz işini Azərbaycan, Gürcüstan, Qazaxıstan və Tacikistanda icra edir.

Son xəbərlər

Orphus sistemi