IFC: Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır

IFC: Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır Aliyə Əzimova: "Dövlət sektorunu iqtisadiyyatda vasitəçiyə, özəl sektoru isə əsas lokomotivə çevirmək lazımdır"
Biznes
30 May , 2017 12:56
IFC: Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır.

“Report”un məlumatına görə, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda keçirilən konfranda çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, Azərbaycanda hələ də qeyri-neft sektoruna investisiyaların həcmi aşağı səviyyədədir: “Bunun üçün dövlət sektorunu iqtisadiyyatda vasitəçiyə, özəl sektoru isə əsas lokomotivə çevirmək lazımdır”.

A.Əzimova qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaq üçün iqtisadi islahatları icra edən qurumların potensialının gücləndirilməsinə, sahibkarların baş verən dəyişikliklər barədə mütəmadi məlumatlandırılmasına, sahibkarlıq subyektlərində yoxlamalar aparan qurumların səmərəliyinin artırılmasına, mövcud yoxlama resurslarının daha çox yüksək riskli sahələrə yönəldilməsinə ehtiyac var.

Son xəbərlər

Orphus sistemi