Yuxarı
    Bağlamaq

    İyunun 14-də “Caspian Energy Forum Nakhchivan 2018” keçiriləcək

    Bakı. 24 may. REPORT.AZ/ İyunun 14-də Naxçıvan MR-da keçiriləcək 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”ə iştirakçıların qeydiyyatı başlayıb. 

    “Caspian Energy Forum Nakhchivan – 2018” Naxçıvanın 2018-ci il İslam mədəniyyətinin paytaxtı elan olunduğu vaxta salınıb. Forumun təşkili Heydər Əliyevin hakimiyyətə qayıdışının 25 illiyinə və Azərbaycanın vətəndaş müharibəsindən xilas olunduğu tarixə təsadüf edir. 

    Bu barədə “Report”a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

    T.Əliyev qeyd edib ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, hökumətin Naxçıvan Muxtar Respublikasının iqtisadi blokunu təmsil edən üzvləri, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkət nümayəndələri və Caspian European Club-un idarə heyətinin üzvləri iştirak edəcəklər.

    “Caspian Energy Forum Nakhchivan – 2018”in aparıcı mövzusu “Açıq bazarlar: uzunmüddətli inkişaf perspektivləri” olacaq.

    6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”ə rəsmi dəstəyi Naxçıvan Muxtar Respublikası Hökuməti və Caspian European Club göstərir.

    “Caspian Energy Forum Nakhchivan – 2018”də yalnız Caspian European Club-un üzvləri və onların Naxçıvan Muxtar Respublikasında yeni müəssisələrin yaradılmasında və investisiyalaşmasında maraqlı olan partnyorları iştirak edə bilərlər.

    T.Əliyevin sözlərinə görə, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən “Caspian Energy Forum” biznes-hökumət dialoqunun aktivləşməsi, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşü, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün əlverişli şərait yaradan ənənəvi meydandır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi