​İxracda tütün və tütün əvəzedicilərinin payı minimuma enib

​İxracda tütün və tütün əvəzedicilərinin payı minimuma enib Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 278 948,66 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib
Biznes
21 Dekabr , 2015 16:20
​İxracda tütün və tütün əvəzedicilərinin payı minimuma enib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 278 948,66 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 84 550,48 min ABŞ dolları 23,26% azdır. Nəticədə 2015-ci ilin 11 ayı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,40%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 8 318,82 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2836,94 min ABŞ dolları, yaxud 25,43% azdır. Tütün və tütün əvəzedicilərinin 2015-ci ildə ixracı ölkənin ümumi ixracının 0,01%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi