İtaliyanın biznes missiyası Azərbaycana səfər edəcək

İtaliyanın biznes missiyası Azərbaycana səfər edəcək Siciliyalı iş adamları azərbaycanlı biznesmenlərlə işgüzar əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək
Biznes
7 Mart , 2016 18:45
İtaliyanın biznes missiyası Azərbaycana səfər edəcək

Bakı. 7 mart. REPORT.AZ/ İtaliyanın biznes missiyası Azərbaycana səfər edəcək.

"Report" "Palermo today"ə istinadən xəbər verir ki, səfər aprelin 12-16-da baş tutacaq.

Nümayəndə heyətinin tərkibinə aqrobiznes, sənətkarlıq, tikinti və dizayn kimi sahələrdə fəaliyyət göstərən 20-dən çox şirkətin nümayəndələri daxil olacaq.

Siciliyalı iş adamları Azərbaycan iş adamları ilə görüşlər keçirəcək və biznes əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək.

Siciliyalı iş adamları azərbaycanlı biznesmenlərlə görüşlər keçirəcək və işgüzar əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi