Yuxarı

​İtaliya Azərbaycan bazarını Rusiyaya alternativ kimi qiymətləndirir

İtaliyalı investorlar Azərbaycanın sənaye, kənd təsərrüfatı, bank sektoruna sərmayə yatırmağa hazırdır

Bakı. 15 aprel. REPORT.AZ/ Rusiya bazarında fəaliyyət göstərən İtaliya şirkətləri maliyyə böhranı nəticəsində ciddi zərərlə üzləşdiyinə görə regionda alternativ bazar tapmaq niyyətindədir.

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycanda səfərdə olan İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidi bu gün Bakıda keçirilən işgüzar görüşdə deyib: "Azərbaycan bazarında şirkətlərin iştirakını dəstəkləyəcəyik. Bu, bizim müəssisələrin ən böyük məqsədlərindən biridir".

Qeyd edək ki, italiyalı naziri bu gün Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edib.

"Prezidentlə görüşdə bir sıra sahələrə, xüsusilə kənd təsərrüfatına investisiya yatırımının mümkünlüyünü dedim. İtaliya Azərbaycanda çirklənmiş ərazilərin təmizlənməsi, bank sektorunda əməkdaşlığı düşünür. Həmçinin əsas məqsədimiz ticarət dövriyyəsini artırmaqdır", - deyə F.Quidi bildirib.

Azərbaycanın İtaliyanın ən iri neft təchizatçısı olduğunu xatırladan nazir hazırda TAP layihəsi ilə bağlı görülən rəsmi işlərin son mərhələdə olduğunu vurğulayıb: "May ayınadək bütün rəsmiləşdirmə işləri yekunlaşacaq. Biz bu işin uğurlu yekunlaşmasına öz tərəmizindən təminat veririk".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi