Yuxarı

İsveçin Azərbaycandakı səfiri qadın sahibkarlara sertifikat təqdim edib

Azərbaycanda yüksək ixtisaslı qadın sahibkarlar qrupu görməyimə şadam

Bakı. 16 fevral. REPORT.AZ/ İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman Bakıda dördgünlük seminarın yekunları əsasında qadın sahibkarlara sertifikatlart təqdim edib.

İsveçin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, seminar Avropa Yenidənqurma və İnkişaf Bankının "Qadınlar biznesdə" proqramı çərçivəsində keçirilib.

Proqram Avropa İttifaqı və İsveç tərəfindən maliyyələşdirilib.

Səfir seminarda qeyd edib ki, Azərbaycanda yüksək ixtisaslı qadın sahibkarlar qrupu görməyinə şaddır. Xanım Tersman həm kişilərin, həm də qadınların sahibkarlıq bacarıqlarını inkişaf etdirən ölkənin ən uğurlu olacağını da əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi