Yuxarı

​Bakıda "İstehlakçı hüquqlarının qorunmasının aktual məsələləri" mövzusunda konfrans keçirilib

Konfransı ATMU və Azad İstehlakçılar İctimai Birliyi təşkil edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İstehlakçı hüquqlarının qorunmasının aktual məsələləri” mövzusunda konfrans keçirilib. Universitetdən “Report”a verilən xəbərə görə, konfrans Universitetin “Biznes idarəçiliyi” fakültəsi və Azad İstehlakçılar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. 

Universitetin “Biznes idarəçiliyi” fakültəsinin dekanı Sənan Əliyev çıxışında qeyd edib ki, istehlakçı hüquqlarının qorunması hər zaman aktuallığını qoruyub saxlamaqdadır: “Hətta deyə bilərik ki, dünyanın inkişaf etmiş ölkələrində də bu məsələ problem kimi gündəmdə qalmaqda davam edir”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov təqdimat-məruzəsində ölkənin istehklakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyətə münasibət bildirib. Qeyd edilən istiqamət üzrə öz təcrübəsini tələbələrlə bölüşüb: Tədbirdə “Biznes idarəçiliyi” fakültəsinin dekanı S.Əliyev, “Marketinq” kafedrasının müdiri Anar Eminov, Birliyin üzvləri Fərrux Əsgərov, Tariyel Ağayev, hüquqşünas Qaçay Şahbazov iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi