Yuxarı

İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib

Tədbir Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunub

Bakı. 11 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Azərbaycan Turizm və Menecment Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata əsasən, tədbirdə ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər. Seminarda istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib.

Tədbir iştirakçılarına istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Burada iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif buklet və yaddaş kitabçaları paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi