İstehlak Mallarının Ekspertizası Mərkəzi "Açıq qapı" keçirir

İstehlak Mallarının Ekspertizası Mərkəzi "Açıq qapı" keçirir “Açıq qapı” günü mənşə sertifikatlarının alınması və ixrac prosedurları ilə bağlı olacaq
Biznes
27 Sentyabr , 2017 19:23
İstehlak Mallarının Ekspertizası Mərkəzi Açıq qapı keçirir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-də İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi sahibkarlar üçün "Açıq qapı" günü təşkil edəcək. 

Bu abrədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, saat 11:00-dan 15:00-a qədər davam edəcək “Açıq qapı” günü mənşə sertifikatlarının alınması və ixrac prosedurları ilə bağlı olacaq.

Abşeron və Lənkəran regional bölmələri üzrə isə “Açıq qapı” günü sentyabrın 29-da Mərkəzin Bakı şəhəri, Xəqani küçəsi, 82 ünvanında yerləşən inzibati binasında təşkil ediləcək.

Bundan əvvəl "Açıq qapı" günü Mərkəzin Quba-Xaçmaz regional bölməsi üzrə sentyabrın 26-da İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilib.

Son xəbərlər

Orphus sistemi