İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək Biznes-forum noyabrın 16-na təyin olunub
Biznes
8 Noyabr , 2016 14:21
İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi və "Azpromo"nun təşkilatçılığı ilə keçiriləcək forum noyabrın 16-da baş tutacaq. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Azərbaycanın nümayəndə heyətinin tərkibində İstanbula səfər etmək və tədbir haqqında məlumat almaq istəyənlər “Azpromo”ya müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi