İsmayıllıda gənclər üçün treninq təşkil olunub

İsmayıllıda gənclər üçün treninq təşkil olunub Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib
Biznes
28 Fevral , 2017 20:30
İsmayıllıda gənclər üçün treninq təşkil olunub

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin və "Göyçay İnkişaf Mərkəzi" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə İsmayıllıda gənclər üçün treninq keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən xəbər verilib.

Bildirilib ki, “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması, biznes planın tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları, “yaşıl iqtisadiyyat” və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə nazirliyin göstərdiyi elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə geniş məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib. İştirakçılara Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi