Yuxarı
    Bağlamaq

    İranlı nazir: "İran və Azərbaycan arasında münasibətlərdə yeni dövr başlayıb"

    Azərbaycan və İran arasında iqtisadi və siyasi əlaqələr son illər xeyli möhkəmlənib

    Bakı. 4 fevral. REPORT.AZ/ "Azərbaycan və İran arasında iqtisadi və siyasi əlaqələr son illər çox möhkəmlənib".

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın iqtisadiyyat və maliyyə naziri Əli Tayebnia Tehranda keçirdiyi mətbuat konfransında yanvarın 26 və 27-də Azərbaycana etdiyi səfərinin yekunlarını şərh edərkən bildirib.

    Onun sözlərinə görə, Azərbaycan rəsmiləri ilə görüşdə birgə iqtisadi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

    Nazir əlavə edib ki, İran və Azərbaycan arasında münasibətlərdə yeni dövr başlayıb: "Bu mərhələdə bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın qurulması və inkişafı təmin olunacaq. Bu regionda sülh və sabitliyin bərqərar olmasına yardım edəcək".

    Əli Tayebnia bildirib ki, səfər zamanı həmçinin iki ölkənin iqtisadiyyatına sərmayə qoyulması perspektivləri də müzakirə olunub: "İranda bir sıra iqtisadi sahələr mövcuddur ki, azərbaycanlı iş adamları ora sərmayə qoya bilərlər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi