İranın boru istehsalı şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır

İranın boru istehsalı şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır Hazırda şirkət Azərbaycan bazarını tədqiq edir
Biznes
13 Aprel , 2015 11:08
İranın boru istehsalı şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır

Sari. 13 aprel. REPORT.AZ/ "Cuybar Lule" boru və profillərin istehsalı üzrə zavod 2015-ci ildə Azərbaycan bazarına çıxmağı planlaşdırır. 

Bu barədə Mazandaran vilayətində səfərdə olan azərbaycanlı jurnalistlərə şirkətin baş direktoru Yarali Rzaian bildirib. 

Onun sözlərinə görə, hazırda şirkət öz məhsulunu çıxarmaq üçün Azərbaycan bazarını tədqiq edir: "Bundan başqa, biz azərbaycanlı iş adamları ilə danışıqlar aparırıq. Həmçinin Azərbaycanda keçiriləcək tikinti materiallarının sərgilərində iştirak etməyi planlaşdırırıq".

Y.Rzaian, həmçinin qeyd edib ki, zavodda hazırlanan məhsulun çox hissəsi qonşu ölkələrə ixrac olunur, məhsulun əsas üstünlüyü boruların daha az korroziyaya uğramasıdır. 

Son xəbərlər

Orphus sistemi