​İran və Azərbaycanın Culfa şəhərləri arasında keçidin sadələşdirilməsi müzakirə olunub

​İran və Azərbaycanın Culfa şəhərləri arasında keçidin sadələşdirilməsi müzakirə olunub İranlı sahibkarlar Naxçıvanda səfərdədirlər
Biznes
9 Oktyabr , 2015 21:25
​İran və Azərbaycanın Culfa şəhərləri arasında keçidin sadələşdirilməsi müzakirə olunub

Bakı. 9 oktyabr. REPORT.AZ/ İranın Araz Azad Ticarət və Sənaye Zonasından olan nümayəndə heyətinin tərkibində Naxçıvana səfər edən İranın Culfa şəhərinin başçısı Zahid Mahmudi Naxçıvan Muxtar Respublikasının Culfa rayon icra başçısı Şükür Babayev ilə görüşüb.

İranın Naxçıvandakı Baş Konsulluğundan “Report”a verilən məlumata görə, görüşdə iki şəhər sakinləri arasında müxtəlif oxşarlıqlar barədə söhbət açılıb, hər iki tərəfdən olan vətəndaşların sərhəddən keçməsinin sadələşdirilməsi məsələsi müzakirə olunub.

Qeyd olunub ki, gündə Culfa sərhəd-keçid məntəqəsindən 3000-ə qədər insan istifadə edir və bəzi günlərdə insanların sayı iki dəfə artır.

Z.Mahmudi Naxçıvana səfəri çərçivəsində, həmçinin Ordubad rayon icra başçısı Elşad Məmmədov ilə də görüşüb, hər iki tərəf üçün mühüm məsələlər müzakirə olunub.

Görüşün sonunda iranlı qonaqlar Ordubad rayonunun məsul şəxsləri ilə birgə tarixi Qeysəriyyə binası ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi