İran və Azərbaycan gömrük orqanlarının nümayəndələri arasında daha bir görüş keçirilib

İran və Azərbaycan gömrük orqanlarının nümayəndələri arasında daha bir görüş keçirilib Sonra hər iki tərəfin nümayəndələri birlikdə əraziyə baxış keçiriblər
Biznes
14 Dekabr , 2016 15:33
İran və Azərbaycan gömrük orqanlarının nümayəndələri arasında daha bir görüş keçirilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanın Astara şəhərində İran və Azərbaycan gömrük orqanlarının nümayəndələri arasında növbəti görüş keçirilib. 

“Report”un Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir DGK və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təşkil olunub.

Görüşdə Azərbaycan tərəfdən Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov, İran tərəfindən Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidiyin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açaraq İran və Azərbaycan gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildiriblər.

Görüşdə iki idarə arasında qarşılıqlı maraq doğuran bəzi məsələlərin həllinə aydınlıq gətirilib, eyni zamanda, dəmiryol layihəsinin icra prosesi barədə ətraflı danışıqlar aparılıb.

Daha sonra hər iki tərəfin nümayəndələri birlikdə əraziyə baxış keçiriblər.

Xatırladaq ki, tərəflər arasında sonuncu belə görüş sentyabrın 25-də İranın Astara şəhərində keçirilib.

Son xəbərlər

Orphus sistemi