Yuxarı

​İran şirkəti Azərbaycanda dərman istehsalı təşkil etmək niyyətindədir

İqtisadiyyat Nazirliyində İranın Darou Pakhsh şirkətinin nümayəndələriylə görüş keçirilib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı daha da artıb, bir neçəsinin nümayəndələri Bakıda səfərdə olub, Azərbaycan-İran işgüzar görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın "Darou Pakhsh" şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə edilib.

Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkında olub, investorlar üçün yaradılan imkanlarla tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi