​İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edib

​İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edib Qəbulda Bərdə, Göygöl, Goranboy və Yevlax rayonları, eləcə də Gəncə və Mingəçevir şəhərlərinin sakinləri iştirak edib
Biznes
1 May , 2015 16:17
​İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edib

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu mayın 1-də Yevlaxda keçirilib.

"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Bərdə, Göygöl, Goranboy və Yevlax rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan70-ə yaxınvətəndaş iştirak edib. Qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətləri nazir Ş.Mustafayev tərəfindən dinlənilib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapıb, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatının, iri heyvandarlıq kompleksinin, kiçik ailə fermer təsərrüfatının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi