​İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edib

​İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edib Ümumilikdə qəbulda nazirə Şəki, Qax, Oğuz və digər rayonlardan olan 50-yə yaxın vətəndaş müraciət edib
Biznes
5 İyun , 2015 16:52
​İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edib

Bakı. 5 iyun. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu bu gün Şəki Olimpiya İdman Kompleksində keçirilib.

“Report” nazirliyə istinadən bildirir ki, qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi, sosial məsələlərlə bağlı müraciət etdiblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapıb, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, turizm, şirniyyat istehsalı, iri heyvandarlıq kompleksinin fəaliyyətinin genişləndirilməsi, quşçuluq (damazlıq), üzümçülük, çayçılıq, meyvəçilik sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Ümumilikdə qəbulda Şəki, Qax, Oğuz və digər rayonlardan olan 50-yə yaxın vətəndaş iştirak edib. 

Son xəbərlər

Orphus sistemi