​İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edib

​İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edib Nazir indiyədək bölgələrdə 31 vətəndaş qəbulu keçirib, 1 700-dək vətəndaş müraciət edib
Biznes
19 İyun , 2015 16:06
​İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edib

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şamaxıda vətəndaşları qəbul edib.

“Report” nazirliyin məlumatına əsasən bildirir ki, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, fermer təsərrüfatlarının inkişafı, suvenirlərin satışına dəstək göstərilməsi, sosial məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətləri Ş.Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciәtlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, üzümçülük, heyvandarlıq, balıqçılıq, arıçılıq kimi sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Ümumilikdə, qəbulda Qobustan, İsmayıllı, Şamaxı və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev tərəfindən indiyədək bölgələrdə 31 vətəndaş qəbulu keçirilib, qəbullarda 1 700-dək vətəndaş müraciət edib.

Son xəbərlər

Orphus sistemi