​İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşlarla görüşüb

​İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşlarla görüşüb Ölkə üzrə ümumilikdə 28 qəbul keçirən nazirə 1 600 nəfər müraciət edib
Biznes
20 Fevral , 2015 16:41
​İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşlarla görüşüb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Şabranda vətəndaşları qəbulu edib. Qəbula Siyəzən, Xızı və Şabran rayonlarından olan 80-dən çox vətəndaş müraciət edib.

“Report” nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqlarının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kənd yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması, kənddə məktəb, tibb məntəqəsi və musiqi məktəbinin tikilməsi, məktəb və xəstəxana təmiri, kiçik xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı texnikasının alınması və bir sıra sosial məsələlərlə bağlı müraciət ediblər.

Ş.Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Bununla yanaşı, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq, iri fermer təsərrüfatının yaradılması, meyvəçilik, arıçılıq, balıqçılıq, istixana təsərrüfatının yaradılması, mebel, tikinti materialları, keramik suvenir, boya istehsalı kimi sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Ümumilikdə iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev tərəfindən indiyədək bölgələrdə 28 vətəndaş qəbulu keçirilib, qəbula 1 600-dən çox vətəndaş müraciət edib.

Son xəbərlər

Orphus sistemi