Yuxarı

İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşlarla görüşəcək

Nazir Siyəzən, Xızı və Şabrandan olan vətəndaşları qəbul edəcək

Bakı. 17 fevral. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev fevralın 20-də Şabranda vətəndaşları qəbul edəcək.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, H.Əliyev prospekti, 60 A) keçiriləcək. Görüşdə Siyəzən, Xızı və Şabran rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs - Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi