Yuxarı
    Bağlamaq

    ​İqtisadiyyat və sənaye naziri Qubada vətəndaşları qəbul edəcək

    Qəbul avqustun 29-da baş tutacaq

    Bakı. 28 avqust. REPORT.AZ/ Avqustun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

    İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

    Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılan "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi