Yuxarı
    Bağlamaq

    ​İqtisadiyyat və sənaye naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

    Görüşdə iki ölkə arasında kənd təsərrüfatı və İKT kimi sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb© Report.az

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun ölkəyə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb.

    “Report”un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir qeyd edib ki, iki ölkə arasında lazımi müqavilə-hüquqi bazası formalaşıb və hazırda uzunmüddətli əməkdaşlığa dair sənəd üzərində iş aparılır. Onun sözlərinə görə, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilsə də, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensial mövcuddur. Azərbaycanda Belarus kapitallı müəssisələrin fəaliyyət göstərdiyini qeyd edən Ş.Mustafayev sənaye, kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.

    Belaruslu səfir qəbula görə təşəkkür edib, fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb. Belarus iqtisadiyyatı barədə məlumat verən G.Axramoviç ölkələr arasında kənd təsərrüfatı, İKT kimi sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi