Yuxarı

​İqtisadiyyat və sənaye naziri sentyabrın 26-da Qəbələdə vətəndaşlarla görüşəcək

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bölgələrdə vətəndaşların növbəti qəbulunu sentyabrın 26-da Qəbələdə

Bakı. 23 sentyabr.REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bölgələrdə vətəndaşların növbəti qəbulunu sentyabrın 26-da Qəbələdə keçirəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, saat 10:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (28 May küçəsi,40) təşkil olunacaq qəbula gəlmək istəyən Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarının sakinləri qeydiyyata alınmaları üçün Nazirliyin elektron poçt ünvanı (office@economy.gov.az) və (012) 493-14-56, (012) 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Şəki-Zaqatala regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi