Yuxarı
    Bağlamaq

    ​İqtisadiyyat və sənaye naziri Qusarda vətəndaşlarla görüşüb

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qusar şəhərində vətəndaşları qəbul edib. Bu ...

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qusar şəhərində vətəndaşları qəbul edib. Bu barədə “Report”a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qusardakı Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Qusar, Quba, Xaçmaz və digər rayonlardan olan 90-dan çox vətəndaş iştirak edib.

    Qəbul zamanı nazir Ş.Mustafayev vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, Nazirliyin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Digər müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

    Qurum qəbula gələn vətəndaşların əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda iştirak, əkin sahələrinin suvarılması üçün bənd tikintisi, kənd yolunun təmiri, uşaq baxçasının tikintisi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

    Qəbul zamanı sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, taxılçılıq, heyvandarlıq, quşçuluq təsərrüfatlarının, un məmulatlarının istehsalı, logistika mərkəzi, istixana, çörəkbişirmə müəssisəsi, mineral su istehsalı sahəsinin yaradılması, meyvəçilik, çəltikçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi