Yuxarı
    Bağlamaq

    İqtisadiyyat Nazirliyində korrupsiya ilə mübarizə daxili nəzarət şöbəsinə tapşırılıb

    Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev təyin edilib

    Bakı. 22 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə daxili nəzarət şöbəsi müəyyən edilib.

    İqtisadiyyat Nazirliyindən “Report”a bildirilib ki, müvafiq vəzifəli şəxs isə Nazirliyin Aparat rəhbərinin müavini - Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev təyin edilib.

    Nazirliyin digər struktur bölmələrində də korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün səlahiyyətli struktur bölmə və müvafiq şəxs müəyyənləşdiriləcək.

    Qeyd edək ki, struktur bölmə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycanın bu il oktyabrın 14-ü tarixli qanununa uyğun olaraq müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi