İqtisadiyyat Nazirliyi tender elan edib

İqtisadiyyat Nazirliyi tender elan edib Tender “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı” çərçivəsində keçirilir
Biznes
27 Oktyabr , 2016 10:09
İqtisadiyyat Nazirliyi tender elan edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı” çərçivəsində “Ərzaq məhsullarının təhlükəsizliyi üzrə qanunvericiliyin beynəlxalq və Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasına dəstək” layihəsinə dair açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 16-na qədər, tender təklifi və bank zəmanətini isə noyabrın 25-nə qədər nazirliyə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət evi ünvanına) təqdim etməlidirlər. 

Təkliflərə noyabrın 28-də, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq. Təkliflərin qiymətləndirilməsində qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə, xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlara üstünlük veriləcək.

Son xəbərlər

Orphus sistemi