İqtisadiyyat Nazirliyi material və avadanlıqlara xidmət üçün tender keçirir

İqtisadiyyat Nazirliyi material və avadanlıqlara xidmət üçün tender keçirir İddiaçılar tender təklifini aprelin 17-dək təqdim etməlidirlər
Biznes
22 Fevral , 2017 09:55
İqtisadiyyat Nazirliyi material və avadanlıqlara xidmət üçün tender keçirir

Bakı. 22 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi dəftərxana ləvazimatları, təsərrüfat malları, işlək materiallar və avadanlıqlara xidmət işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender 4 lot üzrə keçirilir, iştirak haqqı isə 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri aprelin 7-i saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə aprelin 17-i saat 17:00-a qədər İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,84, Hökumət Evi) təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri aprelin 18-i saat 12:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi