İqtisadiyyat Nazirliyi korporativ idarəetməyə dair treninq keçirib

İqtisadiyyat Nazirliyi korporativ idarəetməyə dair treninq keçirib Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib
Biznes
18 Mart , 2016 20:32
İqtisadiyyat Nazirliyi korporativ idarəetməyə dair treninq keçirib

Bakı. 18 mart. REPORT.AZ/ Martın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı növbəti treninq keçirilib. 

"Report" İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Treninqdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Nicat Eyvazzadə korporativ idarəetmənin əhəmiyyəti barədə məlumat verib. 

Burada dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin vacibliyi diqqətə çatdırılıb, iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi